Bz. Avq 25th, 2019

ADAU-nun mühəndislik fakültəsinin 38 tələbəsi sertifikat alıb

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində olan sürücülük kursunun 60 tələbəsindən 38-i qiymətləndirmə yolu ilə sertifikat alıb.

ADAU-nun mətbuat xidməti bildirib ki, bu kurslar xeyli vaxtdır fəaliyyət göstərir və “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri alamağa imkah yaradır. Bu kursu müvəffəqiyyətlə bitirən tələbələr  test üsulu ilə imtahan verib və sürücülük vəsiqəsi əldə eə bilirlər. Sürücülük kursunun rəhbəri Saləddin Hüseynov deyib ki, kursda nəzəri və texniki proqramlar öyrədilir və tələbələr kursu bitirmə sertifikatı əldə etdikdən sonar imtahana buraxılırlar. Ötən ilin noyabr ayının 6-dan başlayan kurs bu ilin yanvar ayının 6- da başa çatıb. Yanvarın 15-də  qiymətləndirmə olub, bu gün isə qiymətləndirmədə yüksək nəticə göstərən 38 tələbəyə sertifikat verilib.

Sertifikatların təqdim edilməsində Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib, bu kursun böyük əhəmiyyət daşıdığını vurğulayıb. Deyib ki, bu günün mühəndisi heç şübhəsiz dünya standartlarına uyğun olan texnikanı idarə etməyi bacarmalı, mükəmməl kadr olduğunu təsdiqləməlidir.

Paylaş: