Be. Sen 16th, 2019

Ərdoğandan dünyanı silkələyən bəyanat: “Bir daha elan edirəm…”

“Vətəndaşlara və ətraf mühitə zərər verməmək üçün hər cür həssaslığı göstəririk”

 “Məqsədləri terrorla mübarizə deyil, Türkiyənin sərhədləri boyunca terror dəhlizi yaratmaq, sonra da onun üzərindən regionda bitib tükənmək bilməyən bir qan bazarı qurmaqdırsa, olanlara cavabımız budur ki, biz Suriyadakı son terrorçu ortadan qalxana qədər, bu ölkə əsil sahibləri üçün əmin bir yer olana qədər əməliyyatımızı davam etdirəcəyik”.

 Turkustan.info “Milliyet”ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən ABŞ prezidenti Donald Trampla etdiyi telefon görüşməsinə istinad edərək bu sözləri deyib.

Ərdoğan deyib ki, Menbiçi terrorçulardan təmizləyəcəklər: “Sonra da İraq sərhədinə qədər heç bir terrorçu qalmayana qədər bu mübarizəmizi davam etdirəcəyik. Bunu nəzərə almayanlar, bizi yalanlarla, boş manevrlərlə yolumuzdan döndərməyə çalışmasın. Biz o mərhələləri çoxdan geridə qoyduq”.

Türkiyə prezidenti daha sonra bildirib: “Bütün dünyaya bir daha elan edirəm. Türkiyənin Afrindəki əməliyyatı yalnız və yalnız terror təşkilatlarına, terroristlərə qarşıdır. Avropa parlamentində bu hərəkatı bir istila hərəkatı olaraq göstərmək istəyənlərə də deyirəm ki, gedin, əvvəl işğal nümunələrini keçmişdə Liviyada, Ruandada, Malidə axtarın. Vətəndaşlara və ətraf mühitə zərər verməmək üçün hər cür həssaslığı göstəririk”.     /sputnik.az/

 

Paylaş: