Be. Sen 16th, 2019

Ağızlarını tikənlərin sapı qurtarıb?

Prezident İlham Əliyevin kölgəsiylə sürünüb Avropa Şurasının dəhlizlərində insan haqları davasını aparanlar, səhra komandiri kimi qoca qitənin qanunvericiləri önünə çıxan Serj Sərkisyanla mübarizə səngərini niyə boş qoymuşdunuz?

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

“Sovet dissidenti və həqiqi əqidə mübarizləri Aleksandr Ginzburq, Anatoli Şaranski və onlarla digər görkəmli isimlərlə müqayisədə ədalət hislərini çoxdan itirərək, yalnız Qərb süfrələrindən ayrılan qara vəsaitləri bəşəri ideyalara xərcləmək adı ilə mənimsəyənlər və ya Gürcüstanda lövbər salıb “Kapitan Qrantın uşaqları” adı ilə məxfi missiyalarla görəvləndirənlər, “söz azadlığı”nız təkcə milli hakimiyyətlər əleyhinə ağı

Prezident İlham Əliyevin kölgəsiylə sürünüb Avropa Şurasının dəhlizlərində insan haqları davasını aparanlar, səhra komandiri kimi qoca qitənin qanunvericiləri önünə çıxan Serj Sərkisyanla mübarizə səngərini niyə boş qoymuşdunuz?

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

“Sovet dissidenti və həqiqi əqidə mübarizləri Aleksandr Ginzburq, Anatoli Şaranski və onlarla digər görkəmli isimlərlə müqayisədə ədalət hislərini çoxdan itirərək, yalnız Qərb süfrələrindən ayrılan qara vəsaitləri bəşəri ideyalara xərcləmək adı ilə mənimsəyənlər və ya Gürcüstanda lövbər salıb “Kapitan Qrantın uşaqları” adı ilə məxfi missiyalarla görəvləndirənlər, “söz azadlığı”nız təkcə milli hakimiyyətlər əleyhinə ağız tikməklə, astarı çevrilmiş libaslarınız – yox, mənəviyyatınızla poza verməkləmi müəyyənləşir? Məgər, Sərkisyanla savaş sizin nizamnamənizə yazılmayıb? Onda məramınız hamıya aydındır. Deməli, torpaqların qəsb edilməsi və fundamental haqlarından məhrum edilmiş milyonlarla insanın səsini Strasburq tribunasından dünyaya çatdırmaq sizin “qeyri-hökumət fəaliyyətiniz”lə heç bir bağlılıq təşkil etmir. Əcəb ədalətli, alternativ hökumətiniz varmış. Tutaq ki, sizi Əhməd Şahidov kimi zaldan çıxaracaqdılar. Nə gözəl mükafat olardı, deyilmi? Siz doğma evi həbsdə olan iki azərbaycanlının artıq mücahidə və əzabkeşlik rəmzinə çevrilmiş portretləri ilə ekranlara çıxsaydınız, görün, necə təsirli olardı. Bundan böyük mükafat olardımı? Yoxsa, müxtəlif səfirliklərdən ötürülən gizli dosyeləri jurnalist araşdırmaları adı ilə təqdim edib ən sonda aldığınız karikatür ordenlərlə, şnobellərlə öyünmək hər şeydən daha ucadır?” – millət vəkli bildirib.

Deputat qeyd edib ki, bu kontekstdə inqilabların tüğyan elədiyi Avropa qitəsinə respublika quruluşunu gətirən Fransanın mütəfəkkirlərindən olan Şarl Monteskyönün sözlərini xatırlatmaqda fayda var:

“Görkəmli filosof deyirdi ki, nifrət onu hiss edənlər üçün böyük əzabdır. Çox dərin fəlsəfi mənaya malik olan fikrin ünvanı heç şübhəsiz öz ölkəsinə və millətinə düşmən kəsilənlərdir. Elələri çox rahatlıqla silah alıb Sərkisyanın cinahından mənsub olduğu xalqa qarşı döyüşərdilər. Yoxsa, Bakıdan böyük bir heyətlə gedib Paris və Brüsselin küçələrinə səpdiyiniz qəzəb və kinin demokratiya cəfakeşliyi ilə nə əlaqəsi var? İki gün əvvəl İrəvandan Sarkisyana qəzəb və nifrətlə baxanlar, sizlərin boş qoyğdu salonlarda bağırmağa hazır idilər. İndi siz deyin, qan erməniçiliyi qorxuludur, yoxsa, mənəviyyat erməniçiliyi?

Saplarınızı və ağızlarınızı xeyirə açın, ser və madam hüquq sümürücüləri!”

Paylaş: