Be. Sen 16th, 2019

Azərbaycanlı “Dişi Tatlısəs” İmeratora qurban kəsdi, Tatlisəs ciyərini yeyəcəyini dedi – VİDEO

Azərbaycanlı müğənni Zenfira İbrahimova Türkiyə mediasının bu günlərdə gündəm simalarındandır.
Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Tatlısəsi görmək üçün qardaş ölkəyə gedən ifaçımız Tatlisəsə qurban deyib. Hətta həmin qurbanlardan birini onun ayaqları altında kəsən müğənni səsi ilə də İmperatoru ağlatmağı bacarıb.
Yerli və Türkiyə mediasında kifayət qədər danışılan Zenfira Seda Sayanın verilişinə də qonaq olub. Rəğbət görən ifaçı Türk və Azərbaycan dillərində musqiləri ilə alqış toplamağı bacarıb. Seda Sayan isə “möhtəşəm ifa edirsən” deyib.

İbrahim Tatlısəslə görüşündən danışan ifaçı onun ayaqları altında qurban kəsdiyini, Tatlısəsin isə onun ciyərini yeyəcəyini bildirib.
Qeyd edək ki, Zenfira idmançı Anar Heydərovla evlidir.
Verilişdən maraqlı kadrlar təqdim edirik:

 

Paylaş: