Be. Sen 16th, 2019

Bakı Qarabağ əməliyyatına hazırlaşır? – Afrin nümunəsi

Danışıqlar prosesinin də bir vaxtı var və bu zaman bitdikdən sonra Azərbaycan Qarabağı və ətraf rayonları hərbi yolla azad edəcək.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təzyiq etməsələr də, hazırda Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməsi üçün zəmin yaranıb:

“Çünki beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və torpaqların azad olunması ilə bağlı mühüm beynəlxalq qətnamələr var. Azərbaycan münaqişənin sülh yolu həlli naminə işğalçı ilə danışıqlara gedir. O ki qaldı Türkiyənin Afrində keçidiyi hərbi əməliyyatların Azərbaycanın Qarabağda əməliyyat keçirməsinə örnək ola biləcəyi məsələsinə, hesab edirəm ki, danışıqlar prosesinin də bir vaxtı var və bu zaman bitdikdən sonra Azərbaycan Qarabağı və ətraf rayonları hərbi yolla azad edəcək. Bax, o zaman Azərbaycan Türkiyənin hərbi dəstəyindən yararlanmaq şansını da mütləq nəzərdən keçirəcək. Bunun üçün əlverişli zəmin artıq yetişməkdədir”.

Paylaş: