Ç. Avq 21st, 2019

Bakının mərkəzində partlayış: 1 yaralı – YENİLƏNİB

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

Obildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.   /Report/

***

Yanvarın 27-də paytaxtın “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Partlayış nəticəsində iki nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir.

www.oxu.az

Paylaş: