Be. Sen 16th, 2019

Kompüterlər TƏHLÜKƏDƏ

Son günlərdə kompüterlər üçün yeni təhlükə ortaya çıxıb.

Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki,“ Velso ransomware” adlanan proqram faylları ələ keçirib şifrələdikdən sonra velso domen adını əlavə edərək, qarşılığında pul istəyir. Pulun ödənilməsi üçün “ qurban”a  bir elektron poçt ünvanı verir.

Təhlükəli proqram kompüterə avtomatik olaraq deyil, haker tərəfindən yoluxdurulur. Daha sonra haker kompüteri və ya faylları şifrələyir.

Əvvəldə qeyd etdiyimiz kimi, şifrələnən faylların adlarına “.velso” uzantısı vurulur. Məsələn, test1.jpeg adlı faylın adı test1.jpeg.velso olur. Fayllar şifrələnəndən sonra isə pul üçün arayış yaradır. Daha sonra hakerlərlə əlaqə yaratmaq üçün e-poçt ünvanı yazılır.  

Təəssüf ki, hələlik şifrələnən faylları xilas etmək üçün “Velso Ransomware”ın məlum olan bir zəif nöqtəsi yoxdur.  

Bəs nələrə diqqət etməliyik:

Antivirus proqramınızı təzələyin.

Kimin göndərdiyini bilmədiyiniz fayllları açmayın.

E-poçtunuza tanış bir adla sizə “ransomware” sənədi  göndərilə bilər. Buna görə azca şübhə etdiyiniz sənədi açmayın.

Proqramlarınızın yenilənmiş olmasına diqqət edin. Köhnə proqramlar pis məqsədli proqramların asanlıqla istifadə edə biləcəyi proqramlardır.  Bu səbəblə proqramları yeniləmək vacibdir.

Şifrəniz asan olmasın və heç vaxt eyni şifrəni birdən çox yerdə istifadə etməyin.   /Modern.az/

Paylaş: