Bz. Yan 19th, 2020

Azərbaycanda dəhşətli qətl – Kişini öldürüb, yandırdılar, meyit hissələrə bölündü

Meyit tanınmaz hala düşüb

Kişi öldürüb, yandırıb, meyitini böldülər. Tükürpədici hadisə Şabranda qeydə alınıb. Turkustan.info-nun məlumatına görə, yanvarın 27-si axşam saat 18 radələrində Bakı – Quba yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində aşkar edilmiş yanmış meyitin şəxsiyyətini dəqiqləşdirmək hələ də mümkün olmayıb.

Təxminən 35-40 yaşında olan şəxsin bədəni demək olar ki, tamamilə yanıb, meyit iki hissəyə bölünüb.

Naməlum şəxsin kimliyini, hansı şəraitdə yanmasını öyrənmək üçün Şabran rayon polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Polis müxtəlif versiyalar üzərində işləyir. İlkin ehtimala görə, şəxs başqa yerdə qətlə yetirilib, sonradan qeyd edilən əraziyə atılıb. 

Respublikanın bütün polis şöbələri məlumatlandırılıb.   /İstiPress/

Paylaş: