Ca. Noy 21st, 2019

Limonları bu cür istifadə etdikdə orqanizmi məhv edir — Təmizləmə üsulu

İdxal və ixrac zamanı məhsulların zay olmaması üçün onlara xüsusi maddələr vurulur.

Turkustan.info xəbər verir ki, bu maddələrdən biri də pestisiddir. Pestisid çoxsaylı kimyəvi maddələrin birləşməsidir. Onlar meyvə-tərəvəzin yetişdirilməsi və daşınması zamanı istifadə olunur. Bu kimyəvi maddələr toplusunun vurulduğu ərzaqlardan biri də limondur.

Xaricdən gətirilən limonun satışda uzun müddət təzə qalması və üstünün hamar olması üçün ona pestisid vurulur. Limonun qabığı soyulmadığı üçün biz onu qabıqlı halda çaya atdıqda üzərindəki zərərli toksinlər çayımıza keçir. 

Ona görə də limonu aldıqdan sonra pestisiddən təmizləmək lazımdır. Bunun üçün bir qaba qaynadılmış isti su töküb, 1 qaşıq şay sodasını həll edin və limonları sodalı suda 15 dəqiqə saxlayın.

Paylaş: