İri ticarət mərkəzlərindən biri olan ”Şərq Bazarı” təmirə bağlanır.

Satıcılara 2 ay müddətində mağazalardakı məhsulları boşaltmaqla bağlı xəbərdarlıq da edilib. Aprelin birində başlanılacaq təmir işlərinin nə vaxt bitəcəyi gün isə hələ ki, bilinmir.

Paytaxda yerləşən böyük bazarlardan biri olan “Şərq bazarı” təmirə bağlanır. Artıq bununla bağlı satıcılara xəbərdarlıq da edilib.

Nərimanov rayonu ərazisində yerləşən “Şərq bazarı”da bir neçə mağaza fəaliyyətini dayandırıb. Bəzi mağazalarda isə məhsullar tədricən boşaldılır.

Bazarda çəkiliş apardığımız zaman bəzi satıcıların bundan narazı olduqlarının şahidi olduq.

Məsələ ilə bağlı bazar rəhbərliyindən bildirldi ki, bazar istismar müddətinin başa vurduğuna görə təmirə ehtiyacı var. Ona görə də təmir işlərinə aprelin birindən başlanılacaq. Elə satıcılara da bununla bağlı əvvəlcədən xəbərdarlıq edilib ki, nəzərdə tutulan vaxta qədər mağazaları boşaldsınlar. Təmir işlərinin nə vaxt başa çatacağı vaxt isə hələ ki məlum deyil.