Be. Avq 19th, 2019

ADAU-da arı xəstəlikləri ilə bağlı təqdimat keçirilib

Kənd  Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində Arıçılıqda xəstəliklərlə bağlı “Arı sağlığı” adlı təqdimatlar keçirilib.

 ADAU-nun mətbuat xidmətinin xəbərinə görə respublikada 3-4 fevralda 4-cü arıçılıq konfransı baş tutub. Həmin konfrans çərçivəsində ilk olaraq İsmayıllı rayonunda peşə yönümlü təqdimat olub. Daha bir təqdimat isə “Arı sağlığı” adı ilə Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində keçirilib. Təqdimatda fakültənin müəllim və tələbələri ilə birgə arıçılıqla məşğul olan iş adamları da iştirak edib. Əvvəlcə fakültə dekanı Telman İsgəndərov bu sahənin vacibliyini vurğulayıb və təqdimatın gedişinə uğur arzulayıb.

Təqdimatı Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinin professoru, doktor Levent Aydın edib, arıçılıqda xəstəliklərlə bağlı iştirakçılara geniş və elmi məlumatlar verib. Təqdimat qarşılıqlı dioloq formasında aparılıb. Müəllim və tələbələri, eləcə də arıçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, arçılığın inkişafı istiqamətində vacib məsələlərdən danışılıb. Mövcud xəstəliklərin qarşısının alınmasında elmi yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin sektor müdiri Tərlan Əsgərov isə Bursa Universiteti ilə ADAU-nun qardaşlaşma niyyətindən danışıb və bu addımın hər iki tərəf üçün faydalı olacağını izah edib.

Paylaş: