Bz. Sen 22nd, 2019

Linet şok yaratdı: “Mən bir yəhudi olaraq….”

“Bilirmisin?” adlı yeni albom çıxaran Türkiyənin məşhur müğənnisi, Azərbaycanda da çox sevilən Linet yerli televiziyaların birinə müsahibəsində çoxları üçün yenilik sayıla biləcək açıqlama verib.

Turkustan.info xəbər verir ki, Linet “Mən bir yəhudi olaraq Türkiyədə özümü təhlükəsizlikdə hiss edirəm” deyib. 

Müğənni fikrini bu sözlərlə davam etdiri: “Mənə “Niyə Türkiyədə yaşayırsan?” deyə soruşurlar. Bura mənim vətənim. Bu ölkədə kimsə məni təhqir etmədi. Osmanlıdan bu yana, 600 ildir bu torpaqda yaşayırıq. Bir yəhudi olaraq Türkiyədə özümü təhlükəsizlikdə hiss edirəm”.

Qeyd edək ki, Linetin yəhudiəsilli olması haqda dedikləri toplumda maraqla qarşılanıb.

Paylaş: