Suriyanın şimalında keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 1062 terrorçu zərərsizləşdirib.
Turkustan.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, ötən gün ərzində davam edən əməliyyatlar çərçivəsində 34 terrorçu məhv edilib.
Öldürülənlərin YPG, PYD, PKK və İŞİD terrorçuları olduğu bildirilir.
Xatırladaq ki, gecə yarıdan sonra Türkiyə Hərbi Hava Qüvvələri Afrin şəhərində terrorçuların mövqelərinə zərbələr endiriblər.