Warning: getimagesize(): https:// wrapper is disabled in the server configuration by allow_url_fopen=0 in /home/turkusta/public_html/wp-content/plugins/wp-open-graph/output.class.php on line 306

Warning: getimagesize(https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t34.0-12/27783518_1990438310972241_2097190362_n.jpg?oh=64864e6ae7981f89dd3819c13ac4142c&oe=5A7FAFBA): failed to open stream: no suitable wrapper could be found in /home/turkusta/public_html/wp-content/plugins/wp-open-graph/output.class.php on line 306
01 Mart 2021 23:44

Türk ordusunun polkovniki Aslan Hacızadə kim olub?

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.
Kitabxanadan bildiriblər ki, “Azərbaycanca Vikipediya”da AXC ordusunun topçu briqadasının zabiti, Qurtuluş savaşının iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Aslan Hacızadə (Berkan) haqqında məqalə yaradılıb. Məqalə ilə https://az.wikipedia.org/wiki/Aslan_Hac%C4%B1zad%C9%99_(Berkan)#H%C9%99m%C3%A7inin_bax linkində tanış olmaq mümkündür.Məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb.
A.Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan Tərtər şəhərində anadan olub. O, Türkiyəyə mühacirət etdikdən sonra bir müddət Aslan Qarabağlı olaraq tanınsa da, bu ölkədə soyad qanununun çıxmasından sonra Berkan soyadını götürüb. A.Hacızadə 1957–ci il mayın 7-də Türkiyənin İzmir şəhərində infarktdan vəfat edib.

Paylaş: