27 Oktyabr 2020 18:39

Azərbaycanda detektiv əsərlərin banisi – Cəmşid Əmirov -100

 Bu il fevralın 10-nu Cəmşid Əmirovun 100 illiyidir

Yer üzünə milyardla insan gəlib-gedib və dünyanın bu insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib. Uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdır. Ömür var ki, günü əsrə bərabər. Belə ömür cild-cild kitaba sığmaz. Mənalı ömür sürən insanlardan biri də istedadlı qələm sahibi Cəmşid Əmirovdur. O özünün dəst-xətti, yaradıcılıq üslubu, elmi istiqaməti, şəxsi mövqeyi, nüfuzu ilə seçilən alimdir. O, bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan ömür kitabının hər səhifəsi ləyaqətlə, şərəflə yazılıb. Cəmşid Əmirov bütün əsrlərdə fəxr ediləsi, qədim və şərəfli tarixi olan Azərbaycan xalqının ləyaqətli və qeyrətli oğullarındandır. Qeyrətli və əvəzsiz Azərbaycan müdriki  həmişə qürur duyduğumuz, iftixarımız, xalqımızın görkəmli yazıçı, jurnalist Cəmşid Əmirovun ədəbiyyatımızda öz yeri, öz dəsti-xətti var. Həyatın mənası yaşanan illərin sayında deyil, onun necə yaşanmasındadır. Gözəl, mənalı olduğu qədər dolu-dolu yaradıcılıq uğurları ilə zəngin həyat sürən görkəmli yazıçı Cəmşid Əmirovun bu il 100 illik yubileyi qeyd olunur.

Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyovadına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. “Azərbaycan gəncləri” qəzetində məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941), “Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur.

Ordudan tərxis ediləndən sonra “Amustral” ın tikintisində fəal iştirak etmişdir. Sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969-1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. “Vətən müharibəsı” (I dərəcəli), “Qırmızı ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, “Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzərində qələbəyə görə” medallarına layiq görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki “Dəqiqələr, saniyələr…” “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilmişdir.

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra janrınmüraciət edən yazıçı məhz görkəmli şəxsiyyət Cəmşid Əmirovdur. Altmışıncı illərin Azərbaycan mətbuatından bu  ad hər kəsə  yaxşı tanışdır. O, istedadlı, macəraçı-yazıçı, mübariz jurnalist, kinossenari müəllifi kimi imzasına keçmiş ittifaq respublikalarının da mətbuatında tez-tez rast gəldiyimiz və bu günlər 100 illiyi tamam olmuş Cəmşid Cabbar oğlu Əmirovdur.

Onun bir çox əsərləri kimi “Brilyant məsələsi” kitabı oxucunun yaddaşında silinməz izlər qoydu. “Brilyant məsələsi” kitabına maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz məcrasından çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək bir müşkülə düşmüşdü. Əsər sözün əsl mənasında o dövrdə bir hadisəyə çevrilmişdi. Əsərin sevilməsinin səbəblərindən biri də Azərbaycan ədəbiyyatında detektiv janrına ilk dəfə müraciət olunması, həm əsərin yazıçı tərəfindən yüksək professionallıqla yazılmasıdır. 

Qeyd etmək lazımdır ki, C.Əmirov “Brilyant məsələsi” ndən öncə artıq oxucuların qəlbinə yol tapan, Azərbaycan  çekistlərinin həyatından, onların ağır, çətin işindən bəhs edən “Sahil əməliyyatı” povesti ilə nəinki  respublikamızda, hətta ondan çox-çox uzaqlarda tanınmağa başlamış və əsər bir neçə dilə tərcümə olunmuşdur. Təsadüfi deyil ki, respublikadan kənarda da oxucu marağına səbəb olan bu əsər kinematoqrafçıların diqqətini cəlb etməyə bilməzdi. Məhz buna görə də əsərin ssenarisinin yazılması üçün yazıya müraciət olunur və nəticədə həmin povest əsasında “İstintaq davam edir” filmi çəkilib.

C.Əmirov böyük ürək sahibi olan yazıçılardan idi. Təsadüfi deyil ki, əsərlərinin qəhrəmanı olan kapitan Əli Rüstəmov da onun qayğıkeşliyi nəticəsində hüquq mühafizə orqanlarına yenidən qaytarılmışdır. Onun əsl adı Səfərli Rüstəm oğlu Rüstəmovdur. O, vaxtı ilə erməni böhtanının qurbanı olaraq polis sıralarından kənarlaşdırılarkən C.Əmirov ona dayaq durmuş, haqqın zəfər çalmasına nail olmuşdur. Sonra isə əsərlərində onu bacarıqlı, qayğıkeş, işinin öhdəsindən gələn, cinayətkarlarla mübarizə aparan bir zabit kimi ğöstərmişdir.

    Onu da qeyd etmək istərdim ki, povest o vaxt Azərbaycan Yazıçılar İttifaqının və Respublika İçtimai Asayişi Mühafizə Nazirliyinin mükafatına layiq görülmüşdür. 

Qədim Naxçıvan diyarında Əcəmi Naxçıvanidən tutmuş Hüseyn Cavidə qədər sayı məlum olmayan neçə-neçə dühalar bu torpaqda doğulmuşdur. Bu dühalardan biri olan Naxçıvan şəhərin “Sarvanlar  məhəlləsi” nin  aşağı hissəsində, “Böyük bağ” deyilən səfalı yerdə, “Kərbəla Musa” çeşməsinin yaxınlığında Azərbaycan  ədəbiyyatı tarixində ilk dəfə olaraq detektiv janrının banisi olan Cəmşid Əmirov dünyaya göz açıb. 1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətinin “azadlıq günəşi yaydığı” günlərdə Cabbar kişinin ailəsində bir sevinc var idi. Dünyaya yenicə göz açan körpəyə həyat bəxş edən gənc ana və yaxınlalar bilmirdi ki, bu uşaq Əmirovlar ailəsini, hətta Azərbaycanı istedadı ilə neçə-neçə ölkələrdə tanıtdıracaq. Cəmşid Əmirov dövrünün yeganə yazıçısı idi ki, onun kitabları oxucuların davamlı təkidi ilə nəşr edilirdi. Onu qeyd etmək lazımdır ki, Cəmşid Əmirovun yalnız “Qara Volqa” sı qısa müddət ərzində iki dəfə və hər dəfə də 50 min tirajla çap olunurdu.  Maraqlıdır ki, C.Əmirovun nəşriyyatlara verdiyi gəlirləri o zaman heç bir qələm sahibi verə bilməmişdi. Yazıçının əsərləri dəfələrlə çap olunsa da lakin hər dəfə bu əsərləri tapmaq müşkilə çevrilirdi. Oxucular yazıçıya hədsiz sevgisi olduqca çox idi. Cəmşid Əmirovun bir yazıçı kimi səciyyələndirən, ona şöhrət gətirən ən başlıca məziyyət əsərlərinin əsas etibarı ilə vahid bir mövzuya bağlı olmasıdır. Bu mövzu ilk növbədə onun tərəfindən içtimai asayiş sahəsində çalışan adamların çətin və ağır həyatını təsvir etməkdir. Müəllif məhz bu mövzu vasitəsilə insanda məğrurluğu, təmizliyi, paklığı, düzlüyü, əxlaqi, mənəvi saflığı göstərmək istəyi idi.  “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa” və başqa əsərləri bu baxımdan yazıçının bədii uğuru sayıla bilər. Asayişimizin keşiyində duranların gündəlik həyatından bəhs edən bu əsərlərdə polis işçilərinin qatı cinayətkarlarla ölüm-dirim mübarizəsindən və canilərin havadarlarının açıqlığı ilə əsərdə öz əksini tapması  bəzi yuxarı dairələrin məmurlarına xoş gəlmirdi.

Bu il görkəmli yazıçı, tanınmış nasir Cəmşid Əmirovun anadan olmasından 100 il ötür. Bilindiyi kimi yazıçı Cəmşid Əmirov ədəbiyyatımıza gətirdiyi yeniliklə Azərbaycan detektiv ədəbiyyatının banisi kimi tanınmışdır. Sağlığında yazıçının dörd kitabı çap olunub və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda detektiv üslubun yaradıcısı haqqını qazanıb və kitabları kütləvi şəkildə oxucuların ixtiyarına verilib. Yazıçı 1966-cı ildə “Azərbaycanfilm” də çəkilmiş “İstintaq davam edir” (rejissor Əlisəttar Atakişiyev) adlı bədii filmin ssenarisini də yazıb. 1994-cü ildə onun əsəri əsasında “Qara Volqa” da ekranlaşdırılıb. Elşən Məmmədovun ərsəyə gətirdiyi bu ekran əsərinin ssenarisini Nəriman Əbdülrəhmanlı yazıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub.

 Hələ gənc yaşlarından ədəbi bədii yaradıcılığa xüsusi həvəs göstərən Cəmşid cəbhə illərində bir sıra mətbuat orqanlarında məqalə və xəbərlərlə çıxış etmiş, jurnalistlik peşəsinə meyli artmışdı. Görünür, cəbhədən qayıdanda özünü jurnalistliyə həsr etməsi də bu meyldən irəli gəlib. Sonralar Cəmşid Əmirov ciddi felyotonlar, tənqidi yazılarla peşəkar jurnalist kimi çıxış edir. 1950-ci illər Cəmşid Əmirovun bir yazıçı kimi yetişdiyi illər olmuşdur. 1955-1957-ci illərdə o, ilk böyük macəra əsərini-“Sahil əməliyyatı” povestini yazmışdır. Bu əsər təkcə respublikamızda deyil, bir sıra başqa xalqların dövri mətbuatında da dərc olunmuşdur. Təkcə bunu demək kifayətdir ki, “Sahil əməliyyatı” povesti bütünlüklə “Molodyoj Estonii” qəzetində oxuculara çatdırılmışdır. Povest Azərbaycan Yazıçılar İttifaqı və Respublika İçtimai Asayişi Mühafizə Nazirliyinin təşkil etdiyi müsabiqədə mükafata layiq görülmüşdü. Əsər həm də ekranlaşdırılmışdır və onu da qeyd edək ki, əsər bu gün də ekranlardan düşmür və maraqla izlənilir.

       Bundan sonra Cəmşid Əmirov bir-birinin dalınca neçə-neçə povest və roman yazmışdır. Ömrünün son çağlarında “Çətin iş” romanı”, “İki mənalı teleqram” hekayəsi üzərində işləmişdir. Təəssüf ki, amansız ölüm istedadlı yazıçı və jurnalisti, zəhmətkeş, qayğıkeş və mərdxasiyyət, fədakar şəxsiyyəti vaxtından tez dünyasını dəyişdirməyə vadar etmiş, onun bir sıra yaradıcılıq planlarını yerinə yetirməyə aman verməmişdir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat etmişdir. Onun hələ işıq üzü görməmiş ədəbi irsinin də oxuculara çatdırılması qayğısına qalmaq lazımdır. Azərbaycan xalqının yetirdiyi böyük yazıçı, söz, fikir və əməl adamı, tanınmış ədib idi. Onun haqq dünyasına qovuşmağından uzun illər keçsə də o, əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın zəngin ədəbi məktəb və ədəbiyyatı var, deməli, Azərbaycanda detektiv əsərlərin banisi-Cəmşid Əmirovun adı və əsərləri hər zaman yaşayacaqdır. Ruhun şad, yerin uçmaq olsun, böyük insan.

Aynurə Əliyeva

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri