01 Noyabr 2020 03:01

Dağlar amanatı, yurd amanatı! – İlham Qurbanoğluya

Nəsib Nəbioğlu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatı

 

Bu yaxınlarda  Azərbaycana gəlmişdim, bir təhər vaxt eləyib dostum şair İlham Qurbanoğluyla görüşdük. Yenə də sözümüz poeziyadan, şeirdən, sözdən, sənətdən düşdü. Mənə yeni şeirlərini təqdim etdi.  Fikirləşdim  ki, ona nə hədiyyə edim?! Bir qədər düşündükdən sonra qərara gəldim ki, söz adamına elə “söz”dən qiymətli hədiyyə tapa bilməyəcəm. Elə  dostumun bu yazımla təbrik etmək qənaətinə gəldim.

Moskvaya qayıdanda kitabxanama boylandım və İlhamın 2016-ci ildə çapdan çıxmış  “İlahi kəlamlar və nəsihətlər”  kitabını da nəzərdən keçirdim, mənə verdiyi yeni şeirlərini oxudum. Və mən kitabdakı şeirlərin bir çoxunu oxumağıma baxmayaraq, ona yenidən diqqət yetirməyə başladım.

 Şairin capa hazırladığı bu kitabındakı şeirləri məni sevindirdi, xəyalən məni dağdan – arana, arandan – dağa apardı.Sanki əllərimdən tutub həsrət qaldığımız dağlarımızı, allı-güllü yaylaqlarımızı, yurd yerlərimizi, haylı-küylü elat yollarımızı gəzdirdi. Mən kitabdakı şeirlərin hamısını oxudum və səmimi olaraq bildirirəm ki, şeirlərin əksəriyyəti oxucunun ürəyinə yol tapan şeirlərdir və həmin şeirləri duymaq üçün onları oxumaq lazımdır.

Mən 525-ci qəzetdə onun başqa kitabları haqqında öz rəyimi də bildirmişəm. İlham Qurban oğlunun şeirləri müxtəlif illərdə müxtəlif qəzetlərdə çap olunub. Onu neçə illərdir ki, tanıyıram. Öz dürüstlüyü, saflığı, təmizliyiylə dost-tanışlarımız arasında hörmət, rəğbət qazanıb.Vətənimizin sayılıb seçilən dəyərli insanlarındandır. Bu şeirlərdə şairin sevgi, ana, doğma yurd, Qarabağ nisgili, yurd həsrəti,müqəddəs dağlarımıza əsl oğul məhəbbəti və digər mövzular yer alıb. Bu şeirlərin əksəriyyətində yaşadığımız dünyanın mənzərəsi, Vətən həsrəti, yalana, xəyanətə nifrət, xalğımızım əsrlər boyu qoruyub saxladığı milli dəyərlərə məhəbbət, hörmət, sevgi hissləri öz ifadəsini tapıb. Torpaq, yurd, Vətən sevgisi şairin qəlbini  alovlandırır, oxucu da kövrək nastolji hisslər yaradır. Müəllif vətənlə, yurdla bağlı yazdıqları arasında doğma kəndlərinə həsr etdiyi şeir diqqəti çəkir:

Bu kənd yolu bir sevinə, gülə bir,

El yığışa bu yol ilə gələ bir,

Köhnə hasar gileylənir elə bil

Divarına əl dəyməyib zamandı,

Kəndimizi  unutmayın, amandı!

 

Bir cığırda, bir döngədə fağır mən,

Dərd ələyir, qəm ələyir bu aləm,

Köhnə məktəb pəncərəndən yağır qəm,

Həsrət seli gözlərimdən damandı,

Kəndimizi unutmayın, amandı!

Şair bizi boya-başa catıran, hardasa öz saf mühitində bizi tərbiyə edən, əzizləyən, ilk məhəbbətinin şahidi olan bu kəndi unutmamağa çağırır.Təmiz hissləri, ülvi duyğular doğma kəndə məhəbbət qəlbindən qələminə süzülür.  Bu poetik nümunələr  oxucuya mənəvi qida verməklə yanaşı onu uzaqlara aparır.Saf hisslər bu şeirlərin əsas leymotivni təşkil edir:

Arxlar quru, suyu aşa sellənə,

Sevincindən bu el-oba şənlənə,

Məzarların dili yoxdu dillənə,

Ruh tutarsa hamımızı amandı,

Kəndimizi unutmayın, amandı!

 

Unutmayın gül-çiçəyin ətrini,

Nəğməsini, misrasını, sətrini,

Unutmayın kəndin lavaş-fətrini.

Çörək ətri ruhumuza damandı,

Kəndimizi unutmayın, amandı!

İlham Qurbanoğlunun şeirləri yaratdığı poetik obrazlar çox ümid verir.Bu da əsas poeziyanın mahiyyətidir. Onun icnimai xaraknerli şeirlərində də fikir dərinliyi, təmiz aydın düşüncələr, yurda məhəbbət notları qəlb açandır. Müqəddəs mövzulardan olan dağlara həsr etdiyi “Dağlar amanatı, yurd amanatı!” adlı şeirində bunu aşıq-aydın görürük:

Dağlar xəstəsiyəm, dağ əlacı var,

Dağlarsız qəlbimdə min bir acı var,

Könlümün dağlara ehtiyacı var,

Dağlar amanatı,yurd amanatı!

 

İndi bu yurdların öz sahibi yox,

Sözü yadlar deyir söz sahibi yox.
Kül altında qalan köz sahibi yox,

Dağlar amanatı, yurd amanatı!

 

Keçən gün əfsanə, nağıldı getdi,

Hayımız göylərə yayıldı getdi,

Amanat yuvaydı, dağıldı getdi,

Dağlar amanatı,yurd amanatı!

İlham Qurbanoğlu hiss etdiklərini, düşündüklərini, duyğularını poetik dillə qafiyəli şəkildə özünəməxsus şəkildə ifadə edə bilir. Bu mənada mən İlhamı həm də özünün ruh halını, poetik hisslərinin sahibi kimi, onları sözə çevirən bir söz adamı kimi görürəm. Çağdaş Azərbaycan poeziyasında çox böyük, cox nəhəng şeir-sənət dünyasında sayılan, seşilən imzalar var. Onların hamısının qarşısında baş əyməklə qeyd etmək istəyirəm ki, İlhamın şeirləridə  sadə və  səmimidir.Nə yazıbsa hımısında özü olmağa çalışıb.Bu isə olduqca vacib şərtdir. Düşünürəm ki, İlhamın şeirlərini oxucularına  sevdirən iki cəhət varsa onlardan biri şeirdəki səmimiyyət, ikinci isə həmin şerilərin hər birində sezilən sadəlik, qəlbəyatımlıqdır. Bir də İlhamın özünəməxsus ifadə tərzidir. Mən şair dostumun şeirlərindəki  sadəliyi və səmimiliyi alğışlayıram. Mənə elə gəlir ki, İlhamın   şeirləri sanki ilmələrini maralçiçəyndən, dağlarmızın ətirli  nərgiz-bənövşəsindən tutan yaylaqlarımızın çəmən- xalçasıdır.

Qurbanoğlunun sevgi şeirləri də poetik səviyəsi ilə seçilir. « Mənim səndən başqa kimim var axı!», « Səni unuda bilmirəm» « Nə çəkirəm onu hardan biləsən.», “Özgəsini neylərəm!” , “Mənim sevgi dünyamda”,” Məni bağışla” kimi şeirlər şairin poetik təxəyyülünün səviyyəsinin ölçüsüdür:

Heç mənə demədən çıxıb getmisən,

Nəğməli könlümü yıxıb getmisən,

Özgə tərəflərə baxıb getmisən,

Mən səni unuda bilmirəm axı!

 

Sənsiz gedəsiyəm bu yolu sənsiz,

Qaldım qərib kimi tənha, kimsəsiz,

Sənə məhəbbətim bir ümman,dəniz,

Mən səni unuda bilmirəm axı!

İlham Qurbanoğlunun təvazökarlıq da əlavə olunmaqla yüksək, saf mənəvi hisslər, duyğular, və fikirlər onun poeziyasına başqa bir rəng, əsl milli ruh və ahəng verir. Məhəbbət mövzusunda yazdığı  “Mənim səndən başqa kimim var axı!”  adlı şeirinə nəzər salaq:

 Səndən başqa  kimsəm yoxdu, bilirsən.

Baxasan yenə də ruhum isinə.

Səndən ayrı qalmaq elə çətindi,

Elə öyrəşmişəm sənin səsinə.

 

Bu səsi dəyişik sala bilmərəm

Ruhuma, canıma hopubdu bu səs

Köksümün altında əbədi məskən,

Əbədi bir yuva tapıbdı bu səs.

Yaxud:

Yuxuma qaçırsan, gəlirsən hərdən,

Xəyalın ağlımı aparır sərdən,

Asılıb qalıram xatirələrdən,

Mən səni unuda bilmirəm axı!

Yaxud:

Sənsiz sınıb mənim qolum, qanadım,

Bu taleyi, bu qisməti sınadım,

Əriyibdi bir döngədə inadım,

Nə çəkirəm onu hardan biləsən.

 

Yollarında dayanmağa dözüm yox,

Nəğməm küsüb deyiləsi sözüm yox,

Bu sevdanın qarşısında üzüm yox,

Nə çəkirəm onu hardan biləsən.

 

Unuduldum kimsə yada salmadı,

Məhəbbətim köksüm altda solmadı,

Nələr çəkdim heç xəbərin olmadı,

Nə çəkirəm onu hardan biləsən.

İlham Qurbanoğlunun « Kəndimizi unutmayın, amandı!», « Bu vətən unutmaz şəhid oğlunu!», « Tükənib səbri dağların”,  “Oxu, bülbülüm oxu!”, “Getdikimi şeirləri Vətən sevgisindən qaynaqlanır, Vətən sevgisinin müqəddəslik andı kimi səslənərək oxucularını duyğulandırır.

Şair İlham Qurbanoğlunu oxumaq lazımdır.  Onun şeirlərtini oxuyandan sonra daha yaxından tanıyacaqsan, onun sevinc və iztirablarını,sairin vətənə yurda məhəbbətini  duyacaqsan, dərk edəcəksən.  “Bu vətən unutmaz şəhid oğlunu!”  şeirinə diqqət yetirək:

Əzəldən sevdiyin torpağa gəldin,

Səcdə elədiyin çırağa gəldin,

Sarılıb üçrəngli bayrağa gəldin,

Bu vətən unutmaz şəhid oğlunu!

 

Sevgilin  heykəldi məzarın üstə,

Ruhuna ruh qatar,  təki sən istə.

Səni yola sallıq muğamat üstə,

Bu vətən unutmaz şəhid oğlunu!

Şairlərin görünən və görünməyən tərəfləri var.Həttta onları aysberqlərə  də bənzədirlər. Onların yaradıcılığı ilə tanış olduqca onları kəşf edirsən,kim olduğunu, necə yazdığını bilirsən:

Təhləli obası düşür yadıma,

Dağların havası düşür yadıma,

Anamın laylası düşür yadıma,

Ruhumu oxşayır dinəndə kaman.

 

 Nə vaxtdan sevinci yazını görməz,

Elat qızlarının nazını görməz,

Dədə Qorqudların sazını görməz,

Tələs, tükənibdi səbri dağların.

 

 İnciyibdi bizdən, küsübdü bizdən,

İllərdir haray yox heç birimizdən.

Axı niyə çıxdıq yurd yerimizdən?

Tələs, tükənibdi səbri dağların.

 

İlham Qurbanoğlunun çoxlu qoşmaları var.Amma mənim ən qəlbimə yatanə “Qalmışam” adlı qoşmasıdır:

Hüsnünə baxmaqdan doymaz gözlərim,

Uzaqlardan baxa-baxa qalmışam.

Vallah qara buludlardan betərəm

Gözlərimi sıxa-sıxa qalmışam!

 

Dərd içində səndən yazır qələmim,

Bir gün görməz şair dünyam, aləmim,

O dağlarsız nəyim olar de mənim,

Qəm selində axa-axa qalmışam!

 

Kaş yenə də el karvanı düzülə,

Küsən bulaq sinəm üstə süzülə,

Allah qıyma, ümidlərim üzülə,

Dillənmirəm, qorxa-qorxa qalmışam!

Şübhəsiz hər bir qələm sahibi, hər bir insan öz taleyini qələmə alır. Mən  İlham Qurbanoğlunun şeirlərinə, yaradıcılığına inanıram, poeziyanın bu enişli-yoxuşlu yollarında uğurlar diləyirəm.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri