02 Dekabr 2020 23:42

Evlilik və ağılsızlıq arasında əlaqə aşkarlandı

Dullar nikahda olanlara nisbətən 20% daha çox ağıllarını itirməyə meyllidirlər

Londonun Universitet kollecinin mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, nikahda olan insanlar ağıllarını itirməyə daha az meyllidirlər.

Tədqiqatçılar Avropa, Amerika və Asiyadan olan təxminən 800 min insan barədə məlumatları təhlil edərək müəyyən ediblər ki, nikaha girməyənlər daha çox ağıllarını itirməyə meylli olurlar. Bu qrup insanlarda qocalıq ağılsızlığının inkişaf riski nikahda olanlara nisbətən 42% çoxdur. Dullar da nikahda olanlara nisbətən 20% daha çox ağıllarını itirməyə meyllidirlər.

Ekspertlər bu nəticələri nikahda olanların daha aktiv həyat sürmələri ilə izah edirlər. Bundan əlavə, evli insanlar zərərli vərdişlərdən uzaq durmağa çalışırlar və düzgüп qidalanmaq istəyirlər.

Mütəxəssislər həmçinin ailədə qarşılıqlı qayğının olmasını, qarşılıqlı mənəvi dəstəyi müsbət dəyərləndirirlər. Ekspertlərin fikrincə, bu sağlamlığa, sinir sistemi və beynin fəaliyyətinə müsbət təsir göstərir.   /sputnik.az/

 

Paylaş: