İran həm YPG-yə, həm Türkiyəyə qarşı – Ziddiyyətli mövqe

İran YPG-nin zəiflədilməsini arzu edir, amma bununla bərabər, Türkiyənin güclənməsindən narahat olur.

Turkustan.info xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində iranlı ekspert Alim Salih söyləyib.

“İran Türkiyənin Suriya ilə sərhəddəki təhlükəsizlik qorxularından xəbərdardır. İran əməliyyatın dayandırılması çağırışını etdi, amma heç bir İran rəsmisi hərəkatı qınamadı. Görünür, İran prosesdən məmnundur. Dəməşq və Tehran Türkiyənin əməliyyatlarını artıq dəstəkləyirlər. Ona görə ki, bununla Türkiyənin ABŞ-la əlaqələri yeni mərhələyə daxil olub. Digər tərəfdən isə Türkiyənin güclənməsi Tehranı narahat edir. Ona görə də İran həm YPG, həm də Türkiyənin zərər görməsinə çalışacaq. Çünki onların ikisi də Tehranın Suriyadakı rəqibləridirlər”, – deyə o bildirib.  /Axar.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al