Suriya İsrailə məxsus F-16 uçuş aparatını vurub.
Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, Suriyadakı gərginlik hər dəqiqə artır. İsrail hərbçilərinin İrana məxsus pilotsuz uçuş aparatını vurduqdan sonra İsrailə məxsus F-16 uçuş aparatı Suriya hərbçiləri tərəfindən vurulub.
Təyyarədəki pilotların yaralı olduğu bildirilir. Bölgəyə yaxın yerlərdə yaşayan sakinlər son yarım saat ərzində dəfələrlə partlayış səsi eşitdiyini bildiriblər. /Modern.az/