Turistlər üçün “Buz otel” istifadəyə verildi

Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib.
Turkustan.info xəbər verir ki, otelin rəsmi açılış mərasimində Kanada, Bolqarıstan və Moldovanın Rumıniyadakı səfirləri iştirak edib.
“Buz otel”də 16 otaq, eləcə dünya şöhrətli musiqiçilər Madonna, Maykl Cekson, Elvis Preslinin buzdan hazırlanmış abidələri mövcuddur. Oteldə gecələmək istəyən turistlər 100, onun ərazini gəzmək istəyənlər isə təqribən 5 avro ödəməli olacaqlar.
Hər tərəfdən Karpat dağları ilə əhatə olunan otel dəniz səviyyəsindən 2 min metr yüsəklikdə yerləşir. Bura uzunluğu 3700 metr olan kanat yolu vasitəsiylə gəlmək mümkündür.   /Report/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al