16 Yanvar 2021 04:33

Ukrayna Saakaşvilini Polşaya deportasiya edir

Ukraynanın Mühacirət Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşaya deportasiyası haqda qərar qəbul edib.

Turkustan.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, bunu bu gün “Rustavi-2” telekanalına müsahibəsində M.Saakaşvili özü deyib.

Kiyevdə olan siyasətçi gürcü telekanalına bildirib ki, onu Polşaya deportasiya etmək üçün “Ukraynanın Mühacirət Xidməti sənədlər paketi imzalayıb”. O, qeyd edib ki, “sonra nə olacağından asılı olmayaraq, Ukraynada hakimiyyətin dəyişməsi üçün” dinc mübarizəsini davam etdirəcək.

Ancaq Saakaşvilinin müdafiəçiləri bildirirlər ki, onun iddiaları üzrə məhkəmə təhqiqatları davam etdiyindən, siyasətçinin ekstradisiyası üçün hakimiyyətin hüquqi əsası yoxdur.

Paylaş: