Rusiya prezidenti Vladimir Putin soyuqlayıb.
Turkustan.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Cənab prezident soyuqlayıb, lakin bu, onun iş qrafikinə təsir etməyib”, – deyə Peskov söyləyib.
Qeyd edək ki, V. Putin fevralın 12-də gənc menecerlərin “Rusiyanın liderləri” Ümumrusiya müsabiqəsinin finalçıları ilə görüşüb.
Səsi batan Rusiya lideri yavaşdan danışdığına görə hər kəsdən üzr istəyib. /Qafqazinfo/