Be. Noy 18th, 2019

Amerika Suriyada 40 Rusiya əsgərini öldürdü

Keçən həftə ABŞ əsgərləri Deyrizora hücum edən Əsəd ordusuna atəş açmışdı.

Turkustan.info dünya mətbuatına istinadən verdiyi məlumata görə, həmin hücumda ölənlər arasında Rusiyanın 40 muzdlu əsgərinin olduğu da ortaya çıxıb.

Əsəd rejiminə bağlı olan 100 nəfərlik silahlı dəstə Deyrizorda PYD-nin nəzarəti altında olan neft sahələrinə hücum etmişdi. Bu gün ortaya çıxan sübutlar onu göstərir ki, o dəstənin içində rus əsgərləri də olub.

ABŞ hava hücumu ilə YPG hərbçilərini qurtararkən 40 nəfər rus əsgəri öldürüb.   /AzNews.az/

Paylaş: