Ça. Noy 19th, 2019

Türkiyə ordusu böyük əməliyyata başladı: 71 kənddə…

Türkiyənin Diyarbəkir şəhərinin Qulp, Silvan, Xazro və Bit rayonlarına bağlı 71 kənd və 107 tarlada PKK-ya qarşı 1200 əsgər və təhlükəsizlik qüvvələrinin iştirakı ilə böyük əməliyyat başladılıb.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, pilotusz aparatlar və helikopterlərin də istifadə edildiyi əməliyyat çərçivəsində rayon və kəndlərin yollarında təhlükəsizlik nöqtələri yaradılıb.

Qeyd edək ki, PKK-ya qarşı keçirilən əməliyyatla bağlı sözügedən ərazilərdə fövqəladə vəziyyət elan edilib.

Paylaş: