Ça. Sen 17th, 2019

Ermənistan sovet hüdudlarına qayıdır

Sarkisyan əsas məlumatları xalqdan gizlətməyə qərar verib

Ermənistan parlametinin Avropa ilə inteqrasiya məsələləri üzrə komissiyasının sədri, “Sarukyan” partiyasından olan deputat Naira Zöhrabyan Qarabağ münaqişəsinin Ermənistanı boşaldan əsas səbəb olduğunu bildirib.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Rusiyanın  “Vestnik Kavkaza” portalına müsahibə verən Nairi Zöhrabyan bildirib: “Əhalinin Ermənistanı tərk etməsi faktdır. Ermənistanı hazırda əməkqabiliyyətli gənc insanlar tərk edir. Çünki onlar burda iş tapa bilmirlər. 30% yoxsul – bu, yalnız rəsmi statistikadır, əslində yoxsulların xeyli çoxdur”.

Naira Zöhrabyanın sözlərinə görə, əslində Dağlıq Qarabağ münaqişəsi vətəndaşları ölkədən getməyə məcbur edən əsas səbəbdir: “Münaqişənin davam etməsi miqrasiyaya çox böyük təsir göstərir. Əgər sadə Ermənistan vətəndaşı görsə ki, onun oğlu ön cəbhədə deputat və ya nazir oğlu ilə birlikdə dayanacaq, miqrasiya ilə vəziyyət bu qədər ağır olmaz. Əgər insan buna əmin deyilsə, böyüməkdə olan oğlunu xaricə göndərmək üçün əlindən gələni edəcək”,- deyə Ermənistan parlamentinin komissiya sədri bildirib.

Statistika da bu sözləri təsdiqləyir, əgər 1992-ci illərdə rəsmi statistikaya görə, Ermənistanın 3,6 milyon əhalisi vardısa, hazırda bu, 2,9 milyona bərabəridir. Yəni rəsmi statistika ölkə əhalisinin Qarabağ münaqişəsi üzündən təxminən 700 min azaldığını bildirir. Amma müstəqil mənbələr Ermənistanda sırf Qarabağ münaqişəsi üzündən əhalinin sayının 1,7 milyon nəfər azaldığını bildirirlər. Sadəcə, 1 milyon adam Ermənistan vətəndaşlığından çıxmaq üçün müraciət etmədiyindən, beynəlxalq qaydalara görə, başqa ölkə vətəndaşı olsalar belə, Ermənistan vətəndaşları saylırlar. Həmin adamların bəziləri hətta dünyasını dəyişib.

Ermənistanda əhalinin rəsmi sayının Qarabağ münaqişəsi üzündən azalması

Ermənistanda əhalinin rəsmi sayının Qarabağ münaqişəsi üzündən azalması

Statitistika ilə real vəziyyət arasında belə ciddi fərqin olduğunu hakim Respublika Partiyasında da etiraf edirlər. Məsələn, partiya təmsilçiləri parlament seçkiləri öncəsi Sarkisyanın hakimiyyəti dövründə Ermənistandan miqrasiyanın sürətinin 2 dəfə aşağı düşdüyünü bildirirdilər. Onların dediyinə görə, Robert Koçaryanın hakimiyyətdə olduğu 1998-2008-ci illər arasında Ermənistanı 500 min adam tərk etdiyi halda,  Serj Sarkisyanın rəhbərlik etdiyi 2008-2017-ci illərdə cəmi 250 min adam tərk edib.

ABŞ kəşfiyyatı: bu il Qarabağda müharibə olacaq

Yəni 1998-2017-ci illərdə Ermənistanı 750 min adamın tərk etməsi hakim partiya tərəfindən etiraf edilmişdi, halbuki statistika həmin illər ərzində Ermənistanda əhalinin cəmi 250 min adam azaldığını bildirir, fərq 500 min nəfərdir. Təkcə, bu fakt nəzərə alınarsa, indi Ermənistanda 2,4 milyondan çox əhali olmadığını demək mümkündür. Amma 1998-ci ilə kimi də statistika belə ikili aparılıb və buna görə də Ermənistanda yalnız 1,9 milyon adamın qaldığını söyləyən ekspertlər həqiqətə daha yaxındırlar.    

Təbii ki, bu cür acı faktlar müstəqil mətbuatın araşdırmaları, yaxud parlament müzakirələri zamanı ortaya çıxır və Azərbaycanla münaqişənin müəllifi olan hakim  Qarabağ klanının Ermənistanı hansı bəlalara düçar etdiyini əks etdirir. Buna görə də “Joxovurd” qəzetinin yazdığına görə, Ermənistan rəhbərliyi mətbuatına fəaliyyətinə sovet dövründəki kimi hüdud qoymağa qərar verib. Qəzet yazır ki, yeni hazırlanan qanun layihəsinə görə, artıq mətbuat baş nazir aparatının və hökumətin iclaslarına daxil ola bilməyəcək və bu iclaslar qapalı aparılacaq. Yəni Ermənistanın real rəhbərinə çevriləcək baş nazir və nazirlər sovet dövründə olduğu kimi xalqdan əsas məlumatları gizlədəcəklər. Ola bilər ki, qanun çərçivəsində jurnalistlər baş nazirin əsas fəaliyyət meydanı olan parlamentə də buraxılmayacaqlar. 

Paylaş: