Rusiyadan Dağlıq Qarabağla bağlı açıqlama…

“Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir. Ümid var ki, bu münaqişə həllini tapacaq.”

Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı sualı cavablandıran Mariya Zaxarova bildirib ki, Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var: “Biz bu məsələyə diqqət ayırırıq. Ən başlıcası isə, tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik”.   /Modern.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al