Be. Sen 23rd, 2019

Türk ordusu məhv edir: 54 mövqe, 1528 meyit

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində 54 mövqeni terrorçulardan təmizləyib.

Turkustan.info xəbər verir ki bu barədə TSQ-dan informasiya yayılıb.

Məlumata görə, “Zeytun budağı” əməliyyatı başladıqdan indiyə qədər məhv edilən terrorçu sayı 1528-ə yüksəlib.

Qeyd edək ki, Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı 27 gündür davam edir.  /Axar.az/

Paylaş: