Ça. Avq 20th, 2019

Bakıda dəhşətli qətl: kişini doğrayıb, zibil qabına yığdılar

Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Turkustan.İnfo bildirir ki, milli.az-a daxil olan məlumata görə, orta yaşlarında kişi rayonun 8-ci mikrorayonunda yerləşən “16 mərtəbələr” adlanan ərazisində amansızcasına qətlə yetirilib.
Kişinin doğranmış cəsədi sözügedən ərazidəki zibil qutusunun içindən tapılıb.
Binəqədi RPİ və DİN-lə əlaqə saxlasaq da, bu barədə dəqiq cavab almaq mümkün olmayıb.

Paylaş: