25 Noyabr 2020 04:23

Afrində “Zeytun budağı” əməliyyatı dayandırılacaq? – Binəli Yıldırımdan AÇIQLAMA

“Kim nə desədə belə, Afrində “Zeytun budağı” əməliyyatı davam etdiriləcək”.

Turkustan.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O hesab edib ki, ölkəmiz üçün, sərhədlərimizdən kənarda terrorçuları bitirənə qədər biz bu əməliyyatı davam etdirəcəyik: “Kim nə deyir, qoy desin bir terrorçu qalmayacaq. Birzə qardaşlıq, bərabərlik, vətən sevgisi və bayraq sevdası var. 15 illdən artıqdır ki, bu millət Türkiyə sevdalısı president Rəcəb Tayyib Ərdoğanla bərabərdir”.

Binəli Yıldırım Afrin əməliyyatından da danışıb:

“Terrorla mücadilə çərçivəsində terrorçularla amansız mübarizə aparırıq. Bu gün əsgərlərimiz, qəhramanlarımız Afrində dastan yazırlar. Əgər oraya getmək lazımdırsa, hammımız birlikdə gedəcəyik. Əsgərlərimiz, hərbiçilərimiz orada lazimi əməliyyat aparırlar. Bizə düşən iş onlara dua etmək, dəstək olmaqdır”.   /Unikal.org/

Paylaş: