29 Oktyabr 2020 02:48

Putinin ÇÖKÜŞÜ planı: Oliqarxlar meydanda

Rusiyalı oliqarxlara ABŞ tərəfindən yeni sanksiyalar hazırlanır. ABŞ Xəzinədarlığının rəhbəri Steven Mnuchin deyir ki, Moskvanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkiyə müdaxiləsinə cavab olaraq varlı rusiyalılara “yaxın gələcəkdə” yeni sanksiyalar qoyulacaq. ABŞ-ın məqsədi Rusiyanın biznes imkanlarını çökdürmək, zəiflətmək və sıradan çıxarmaqdır.

Xatırladaq ki, Rusiya oliqarxlarına ilk qadağalar bu il yanvarın 29-da ABŞ-ın “CAATSA” qanunu əsasında “Kreml hesabatı” adlanan sənədlə tətbiq edilib. Sanksiyalar siyahısına 210 fiziki və hüquqi şəxsin adları daxil edilib.Onlar əsasən Rusiyanın dövlət idarəçiliyində ən yüksək vəzifə tutan və prezident Vladimir Putinə yaxınlığı ilə seçilən 96 nəfər fiziki şəxs, o cümlədən, ölkənin nüfuzlu biznes dairələrinə rəhbərlik edən milyarderlərdir. Eyni zamanda Rusiyanın Hərbi Sənaye Kompleksinə daxil olan iri istehsal müəssisələri də “Kreml hesabatı”na daxil edilib. Ancaq bununla kifayətlənməyən ABŞ martın 18-də Rusiyada keçiriləcək növbəti prezident seçkilərinə qədər növbəti sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.Ekspertlərin fikrincə, Rusiyanın biznes sisteminin çökdürülməsi hakimiyyətə daxili təzyiqlərin artması ilə nəticələnə bilər ki, bununla ABŞ Putini xarici siyasətdə bir çox güzəştlərə vadar etməyi düşünür.Yeni sanksiyalara kimlərin adının daxil edildiyi və qəbul edilmə tarixi isə hələlik məxfi saxlanılır.

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, növbəti sanksiyalar ABŞ-la Rusiya arasında qlobal və regional miqyasda qarşıdurmaların artmasına gətirib çıxaracaq:

“Rusiyaya qarşı sanksiyalar dünyada gedən siyasi proseslərdə ABŞ-a mane olduğuna görə tətbiq edilir. 2014-cü ildən başlayaraq tətbiq edilən sanksiyalar Trampın prezidentliyindən sonra daha da genişləndi.Bu isə onu göstərir ki, rəsmi Vaşinqtonun siyasəti prinsipiallıq təşkil edir.Pentaqon Kremlin Yaxın Şərq və Şərqi Avropada apardığı siyasətdən narahatdır.

Təbii ki, Rusiya prezidenti Vladimir Putinin beynəlxaq siyasəti region və dünya üçün təhlükə vəd edir.Bu təhlükə yuxarıda qeyd etdiyim kimi Şərqi Avropada, xüsusilə, Ukraynanın bir hissəsinin işğalı, Gürcüstanın və digər qonşu ölkələrə hərbi təhdidlərinin qarşısını almaq üçün həyata keçirilən sanksiyalar mütləqdi.Şübhəsiz ki, ötən ay “Kreml hesabatı” adlanan sanksiyalar paketinin açıqlanması, ardınca Rusiyanın hərbi-sənaye sahəsinə tətbiq edilə biləcək sanksiyaları Rusiyanı çıxılmaz vəziyyətdə qoyacaq.Avropa İttifaqı da bu sanksiyalarda ABŞ-la həmrəylik edir.Rusiya milyarderlərinə isə sanksiyalar Putinə qarşı geniş narazılıq ordusunun yaranmasına gətirə bilər.Martın 18-də prezident seçkilərindən sonra sanksiyaların işə düşəcəyi, tədricən bunun mənfi nəticələrini büruzə verəcəyi, həmçinin Rusiya əhalisi və iqtisadiyyatına ciddi şəkildə problemlər yaradacağı qaçılmaz olacaq.ABŞ-da respublikaçılar Rusiyanın ikiqütblü dünya düzəni formalaşdırmasına imkan verməyəcəkləri aydındır.Çünki, ABŞ-ın Yaxın Şərqdə mövqeləri kifayət qədər zəifləyib və bunun yerini Rusiya alıb. Bundan əlavə Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq hazırlanan sanksiyalarda ikitərəfli əlaqələrin pisləşməsi baş verəcək. ABŞ bununla da Rusiyanı cəzalandırmağa və onu bu kimi cəhdlərdən çəkindirməyə çalışır”.

Politoloq hesab edir ki, Putin növbəti hakimiyyəti dövründə ABŞ-a qarşı revanş götürəcək:

“Bunun nəticələrinin isə digər regionlarda müharibəyə aparacağını istisna etmirəm. İki hegemon dövlətin toqquşması böyük qlobal problemlərə yol aça bilər.Putin çox aqressivdi və onun axşam yatıb, səhər hara hərəkət edəcəyi bəlli deyil.Rusiyanın sırhədlərinə NATO yaxınlaşdıqca, sanksiyalar tətbiq edildikcə, Rusiyanın bir müddət aqressiv siyasətə əl atacağı istisna deyil.ABŞ və müttəfiqlərinin Rusiyanı zəiflətməsi mütləq şəkildə həyata keçiriləcək”.  /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri