C. Noy 22nd, 2019

Yumurtanın sarısındakı möcüzə: Kor olmağa qoymur

Türkiyəli professor Ahmet Özkaynacı yumurtanın göz sağlamlığını qorduğunu və sarı nöqtə xəstəliyinin qarşısını aldığını açıqlayıb.

Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis bildirib ki, düzgün qidalanma gözün sağlamlığına olduqca təsir göstərir.

Xüsusilə də yumurtanın tayı bərabəri olmayan qaynaq olduğunu deyən Özkaynacı yumurtanın tərkibində  A, B, C vitaminlərinin olduğunu, A vitamininin isə gözün retina hissəsində işığın ötürülməsində əməliyyətli rol oynadığını, bunun çatışmadığı halda görmə probleminin yarana biləcəyinə diqqət çəkib:

Uşaqlıqdan etibarən düzgün qidalanmanın göz sağlamlığına bir çox faydası var. Bu qidalanmanın içərisində ən əhəmiyyətli qidalardan biri də yumurtadır. Yumurta yemək göz xəstəliyinə müsbət təsir edir. Odur ki, gözündə problemi olan uşaqlar gündə ən azı bir yumurta yeməlidir”.

Bundan başqa, 50 yaşında sonra insanlarda tez-tez rast gəlinən “sarı nöqtə” xəstəliyi korluğa səbəb olur. Ancaq tez təsbit edilib müalicə olunduğu kimi, qarşısı da alına bilir. Ona görə də yumurtanın sarısının yeyilməsi bu xəstəliyin yaranmasının qarşısını alır. Yəni ən azında bu xəstəliyə tutulma riski olan insanların bu qidanı yeməsi lazımdır. /A24.az/

Paylaş: