27 Fevral 2021 10:16

ABŞ Azərbaycanı təhdid etdi! – Ağ Evdən xəbərdarlıq

Ağ Ev rəhbərliyi Azərbaycanın Rusiya ilə imzaladığı hərbi sazişə görə, Bakı administrasiyasına xəbərdarlıq məktubu göndərib.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Xəbərdə bildirilir ki, Ağ Ev Azərbaycanın ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrin siyahısında olan Rusiya müdafiə şirkətlərindən hərbi texnika almasından məmnun deyil və Vaşinqton rəhbərliyi bununla bağlı narahatlığını ifadə etmək üçün Bakıya xəbərdarlıq məktubu göndərib.

Eyni xəbərdarlığın Rusiya ilə hərbi sahədə iş birliyi quran Vyetnam və Hindistana da göndərildiyi ifadə edilib.

Göndərilən xəbərdarlıqlarla bağlı Vaşinqtonun atdığı bu addımı şərh edən ABŞ Xarici Siyasət Şurasının üzvü Steven Blank ABŞ-ın Rusiyanın Cənubi Qafqazda nüfuzunu azaltmağa çalışdığını vurğulayıb.    /A24.az/

Paylaş: