Warning: getimagesize(): Filename cannot be empty in /home/turkusta/public_html/wp-content/plugins/wp-open-graph/output.class.php on line 306
01 Mart 2021 23:12

Artur Rasi-zadə nazirlikdə dəyişiklik etdi – SİYAHI

Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Turkustan.info xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:
energetika nazirinin müavinləri;
Energetika Nazirliyinin Aparatının rəhbəri;
Energetika Nazirliyinin Aparat rəhbərinin müavini – daxili nəzarət şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.   /BakuPost/

Paylaş: