Şb. Okt 19th, 2019

Ərdoğan: “Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır” – VİDEO

Bu gün Ədalət və İnkişaf (AK) Partiyasının parlament qrup toplantısı keçirilir.

Turkustan.info xəbər verir ki, iclasda çıxış edən Türkiyə prezidenti və AK partiya sədri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Xocalı soyqırımından danışıb.

O, məclisdəki Azərbaycan heyətini salamlayaraq, bunları deyib:

“Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı təzim və rəhmətlə anıram. Dağlıq Qarabağdakı Xocalı şəhərində uşaq, qadın, yaşlı demədən vəhşiçəsinə öldürülən günahsızlara rəhmət diləyirəm. Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır. Son dönəm insanlıq tarixinin ən böyük zülmlərindən biri bundan 26 il əvvəl yaşanıb. Bunu hər kəs unutsa da, biz bunu unutmayıb, unutdurmayacağıq. Bu faciəni hər zaman xatırlayıb, xatırladacağıq”.     /Yenicag.az/

 

Paylaş: