Ça. Noy 12th, 2019

Ərdoğandan açıqlama: Əsəd bunun bədəlini ağır ödəyər…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması ilə bağlı yayılan məlumatları şərh edib.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, makedoniyalı həmkarı Gyorge İvanovla görüşündən sonra jurnalistlərin bu yöndə olan suallarını cavablandırıb.

“10-a qədər şəxsin Afrinə doğru hərəkətdə olması müəyyən edilib. Daha sonra top atışlarından sonra onlar geriyə qayıtmağa məcbur oldular. Bu sənəd hələlik bağlandı. Bilirsiniz ki, bu kimi terror qruplaşmalarının özlərinə görə qəbul etdiyi yanlış qərarları olur. Bunun bədəlini çox ağır ödəyərlər”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, bir az öncə Əsəd sadiq qüvvələrin Afrinə doğru hücuma keçdiyi barədə məlumatlar yayılmışdı. Daha sonra həmin qüvvələrin türk ordusunun top atəşləri ilə geri çəkildiyi deyildi.

Paylaş: