Şb. Sen 21st, 2019

“Mehmetcik”dən 2 saat içində STRATEJİ QƏLƏBƏ – VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatının 32-ci günündə ciddi uğur qazanıb.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Afrinin şimalındakı Sorani, Heyyani ve Zeytune kəndləri 2 saat ərzində azad edilərək şimal cəbhəsinin birləşdirilməsi üçün önəmli addım atılıb.

Əməliyyatın gedişatında Azez və Şeyx Horoz arasında yerləşən yol açılıb. Beləliklə, Azez-Bülbül yolu birləşdirilmiş olub. Əməliyyatın başlanmasından bu yana 1715 PYD/PKK terrorçusu öldürülüb, 20-si strateji təpə olmaqla, 79 nöqtə azad edilib.   /Publika.az/

 

Paylaş: