İranın paytaxtı Tehranda “Qonabadi” təriqətinin lideri Nemətullah Reyahinin polis tərəfindən nəzarətə alınmasından sonra iğtişaşlar başlayıb.
Turkustan.info xəbər verir ki, təriqət liderinin tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Nəticədə 3 polis əməkdaşı öldürülüb.
İran Polis Təşkilatının sözçüsü Səid Müntəzirulmehdi nümayişçilərdən birinin avtobusla təhlükəsizlik qüvvələrinin arasına girdiyini və 3 polisi öldürdüyünü təsdiqləyib.
O bildirib ki, 3 polisi öldürən şəxs və onunla əlaqəsi olan 8 nəfər həbs edilib. /Axar.az/