Be. Sen 16th, 2019

Gənc azərbaycanlı şair şəhidin xanımını TƏHQİR ETDİ – FOTO

Gənc şair, tarix müəllimi Emin Pirinin statusu sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Turkustan.info Minval.İnfo-ya istinadən xəbər verir ki, o, 30 iyun tarixinin Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunmasına qarşı çıxıb.
Emin Piri bu hadisəni biabırçılıq adlandırıb: “30 iyun geydirmə sevgi söhbətini kim çıxarıb? Ümumiyyətlə, o qadını orda niyə basdırıblar? Bu biabırçılıqdı”.
Beləliklə təhqir və tənqid edilməyi gözə alıb, məşhurlaşmaq üçün dəyərləri, inancları təhqir edənlər sırasına Emin Piri də qatıldı.
Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar bu tarix ölkəmizdə “Sevgililər günü” kimi qeyd edilir.

Paylaş: