Ç. Avq 21st, 2019

Türkiyəyə qarşı çağırış: Əsəd ordusu Afrinə çatdı – Yeni iddia

Türkiyənin hücumlarına qarşı çıxan hökumət qüvvələrinin yeni birliyi Afrinə çatıb.

Turkustan.info xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi “Səna” məlumat yayıb.

Qeyd edək ki, ötən gün Əsəd ordusu Afrinin mərkəzinə daxil olmağa çalışsa da, Türkiyə ordusunun xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi.

***

“Səna” Bəşər Əsədə bağlı qüvvələrin PYD/YPG ilə razılığa gəldiyini və hökumətə bağlı yeni birliyin Afrinə çatdığı barədə məlumat yayıb.

Eyni informasiyanı yayan “Əl Məsdər” Milli Müdafiə Qüvvələrinin Afrinə girdiyini və kürd döyüşçülərin sıralarına qoşulduğunu açıqlayıb.

Bütün suriyalılara Türkiyəyə qarşı çıxmaq çağırışı edilib.  /Axar.az /

Paylaş: