25 Oktyabr 2020 08:55

BAMF-ın prezidenti Avropa Parlamentinin sədrinə müraciət ünvanlayıb

Turkustan.info-nun verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Avropa Parlamentinin (AP) sədri Antonio Tayaniyə müraciət ünvanlayıb.

Avropa Parlamentinin sədri Antonio Tayani

Müraciətdə AP-nin dörd deputatının öz səlahiyyətlərindən sui-istifadə edərək, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməsi, işğal faktına bəraət qazandırmağa çalışan bəyanatları, eləcə də münaqişənin sülh yolu ilə həll olunmasına ciddi maeələr törədən erməni lobbisinin fəaliyyətinə dəstək göstərmək səylərinə  kəskin etiraz bildirilir.

Sənəddə Avropa Parlamentinin deputatları Lars Adaktusson, Çarlz Tennok, Eleni Teoharus və Mişel Rivasın cinayətkar rejimlə əlaqələrinin və onların fəaliyyətlərinin beynəlxalq hüququn normalarına və etik prinsiplərə uyğun olaraq qiymətləndirilməsinə dair lazımi tədbirlərin görülməsinə çağırılır.

Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktusson 

Məktubun tam mətnini təqdim edirik:

Z. A. Cənab Antonio Tayani

Avropa Parlamentinin Prezidenti

Zati-aliləri, Avropa Parlamentinin prezidenti Antonio Tayani,

Biz cənab Lars Adaktussonun, cənab Çarlz Tannokun, xanım Eleni Teokarusun və xanım Mişel Rivasinin  səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı məsələyə baxılması üçün sizə müraciət etmək istərdik.

Biz sizə 1992-ci ildə rəsmi dövlət qeydiyyatından keçmiş, postsovet məkanı, Şərqi Avropa və Qərbi Asiyada beynəlxalq səviyyədə fəaliyyət göstərən qeyri hökumət təşkilatı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından müraciət edirik. Təşkilat BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statusuna malikdir. BAMF-ın fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, müharibədən əziyyət çəkmişinsanlarla, qaçqın və məcburi köçkünlərlə işlə bağlıdır.

Bu müraciəti yazmaqla dərin təəssüflə Avropa Parlamentinin bəzi üzvlərinin Avropa Birliyi və Azərbaycan və beləliklə xalqlar, vətəndaş cəmiyyətləri arasında dinamik əlaqələrin inkişafını sarsıdacaq fəaliyyətinə diqqətinizi yönəltmək istəyirik.

Avropa Parlamentinin bəzi üzvləri tərəfindən atılan addım təkcə diplomatik normalara və beynəlxalq hüquqa deyil, həm də əsas etik prinsiplərə ziddir.

Avropa Xalq Partiyasından Cənab Lars Adaktussonun (AP-nın üzvü) bu yaxınlarda Ermənistanın bəşəriyyətə qarşı cinayət aktı və soyqırım olan Xocalı faciəsi də daxil olmaqla etnik təmizləmə siyasəti apardığı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə bu ərazilərdən məcburi köçkün düşmüş bir milyon insana qarşı  işğalı, təcavüzü və qanlı etnik təmizləməni dəstəklədiyini göstərir.

Bu cür qanunsuz səfərlər Azərbaycanın qanunlarının həmçinin, beynəlxalq hüququn pozulmasıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun səylərini boşa çıxaran və BMT TŞ-nın dörd qətnaməsinə ziddir.

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (ECR) üzvləri Xanım Eleni Teokarus (Kipr) da Dağlıq Qarabağa “qanunsuz” səfər edib və hətta orada öz azadlığı uğrunda döyüşən insanları dəstəklədiyini bildiriblər.

Digər tərəfdən bəzi deputatlar, anti-Azərbaycan qüvvələrini açıq şəkildə dəstəkləyərək qərəzli və qeyri-konstruktiv mövqe sərgiləyir, Azərbaycan və AB tərəfindən görülən birgə işlərə kölgə salmaq, həmçinuin, erməni hakimiyyətinin işğalçı siyasətinə haqq qazandırmaqda etdikləri əsassız və təcavüzkar cəhdlərini dəstəkləmək üçün hər vasitəyə əl atırlar.

1994-cü ildə münaqişənin dayandırılması üçün atəşkəs rejimi elan olunmasına baxmayaraq, erməni hərbi birləşmələri Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərində yaşayan dinc əhalini öldürməyə davam edir. İyulun 4-də Azərbaycanın Alxanlı kəndində yaşayan dinc əhali və mülki obyektləri hədəfə alan məqsədyönlü və öncədən düşünülmüş hücum nəticəsində Quliyeva Sahibə (1967-ci il təvəllüdflü) və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra qətlə yetirilib. Qeyd etmək lazımdır ki, bu kənd  hərbi bazalardan kifayət qədər aralı məsafədə yerləşir. Bu erməni hərbi birləşmələrinin mülki vətəndaşları məqsədyönlü şəkildə hədəf aldıqlarını deməyə əsas verir.

Münaqişə başladığı vaxtdan etibarən uşaqlar erməni təcavüzünün qurbanlarına çevrilib. Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq qətlə yetirilib və yaralı uşaqların sayı yüzlərlərdir. 61 uşaq itkin düşüb, 27 uşaq hələ də erməni əsirliyindədir. Azərbaycanlı uşaqlar erməni gülləsi və bombası ilə öldürülüb. Onlar həlak olur çünki, təxminən üç onillikdir ki, beynəlxalq ictimaiyyət təcavüzkarı açıq şəkildə elan etmir və Ermənistan cəzalandırılmamasından cəsarətlənərək öz təcavüzkar siyasətini davam etdirir. Bu müharibə cinayətidir.

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi cənab Norik Nikolayev və Avropa Parlamentinin vitse-prezidenti cənab Rişar Çarneski öz açıq məktublarında bildiriblər ki, “Dinc əhaliyə fərq qoymadan qadın və uşaqların öldürülməsi dərhal dayandırılmalıdır. Aydın oldu ki, bu qətl Ermənistanın Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan silahsız əhalisinə qarşı minaatanlar və qranatlarla törədilən hücumun nəticəsində baş verib.”

Avropa Mühafizəkarlar və İslahatçılar qrupu (ECR) öz növbəsində cənab Çarlz Tannok (Böyük Britaniya) Azərbaycanı mülki ərazilərdə dinc əhalidən sipər kimi istifadə etməkdə günahlandırıb. O bildirib ki, Azərbaycanın addımları Cenevrə Konvensiyasına ziddir.

Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20%-dən çoxu, 25 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür;  Ermənistanın işğalçı siyasəti nəticəsində 1.2 milyon insan qaçqın və ya məcburi küçkün statusu alıb. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan insanlar başqa yerə köçmürlər və onlar erməni silahlıları tərəfindən öldürülmək qorxusu olmadan 100 illiklər boyu olduqları öz vətənlərində yaşamaq istəyirlər. Yəni, söhbət qəti şəkildə onların sipər kimi istifadəsindən gedə bilməz.  

2015-ci ilin iyunun 16-da Avropa Məhkəməsinin İnsan hüquqları üzrə Böyük Palatası (ECHR) “Çıraqov və Ermənistana qarşı olan digər şəxslərlə bağlı qərarını elan etdi. Qərara əsasən, Dağlıq Qarabağ, Laçın rayonu və digər ona bitişik ərazilər hazırda işğal altındadır. Bu Ermənistanın mövcud qanunlar, norma və konvensiyalara zidd olan davranışından xəbər verir.

Bundan əlavə 2018-ci ilin fevralın 27-də Avropa Parlamentinin deputatları cənab Lars Adaktusson və  xanım Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağa dair tədbir keçirməyi planlaşdırırlar.  Tədbir Erməni hüquqi mərkəzi və insan haqları üzrə Tufenkyan Fondu və Avropa Erməni Ədalət və Demokratiya Federasiyası tərəfindən təşkil olunur. 2018-ci il fevralın 28-də isə Dağlıq Qarabağ və Avropa Birliyi 1988-2018-ci illər” adlı konfrans keçiriləcək. Tədbir erməni xeyriyyəçi birliyi və Ermənistanın dostlarının Avropa qrupunun lobbiçiləri tərəfindən maliyyələşdirilib.

Biz bilirik ki, vətəndaş cəmiyyəti Azərbaycanda həmişə Avropa norma və dəyərlərinə həmçinin Avropa Birliyinə inteqrasiyaya xüsusi önəm verib. Avropa Parlamentinin bəzi deputatlarının bu cür davranışı isə Azərbaycan xalqının AB-nin münaqişənin dinc yolla həll olunması və Azərbaycanla inteqrasiyanı dərinləşdirmək istəyinə inamını azaldır.

Biz həmçinin bilirik ki, AB və AP Şərq tərəfdaşlığına daxil olan ölkələrin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Hansısa bir deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və onların işğal olunmuş ərazilərdə cinayətkar rejimlə qurduqları əlaqələr Azərbaycan tərəfindən anlaşılan deyil. Bu cür “qanunsuz” səfərlər iki dövlət, Ermənistan və Azərbaycan arasında münasibətləri gərginləşdirir və onların yaxınlaşmasına əngəl olur.

Biz AP-nin anti-Azərbaycan yönümlü platforma kimi istifadə edilməsi, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz rejimi dəstəkləyən tədbirlərin təşkil olunması, həmçinin, AP üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə gələcək səfərlərinə yol verməməyə çağırırıq.

Sağ olun.                                                                    

Hörmətlə,

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri