Warning: getimagesize(): Filename cannot be empty in /home/turkusta/public_html/wp-content/plugins/wp-open-graph/output.class.php on line 306
01 Mart 2021 23:45

Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər – VİDEO

Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir.
Turkustan.info-nun “Xezerxeber.az”a istinadən məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevbildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.
Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir.
Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.
Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al