Canlı efirdə dava: Aparıcı və qonaq əlbəyaxa oldu – VİDEO

Rusiyanın NTV telekanalında yayımlanan “Görüş yeri” (“Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı efirdə verilişin qonağı, ukraynalı ekspert Dmitri Suvorovla əlbəyaxa olub.

Ukraynanın Donbas vilayətindəki vəziyyətlərin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşmalı və onu sakitləşdirmək üçün əlindən tutmalı olub.

Lakin bundan sonra vəziyyət daha da pisləşib və dava başlayıb.

İnsidentdən sorna Suvorovu studiyadan kənarlaşdırıblar.

Norkinin həmkarı – Olqa Belova onu dəstəkləyərək, “qonağın özünü kobud apardığını, prinsipsiz mövqe sərgilədiyini” bildirib.    /oxu.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al