27 Oktyabr 2020 09:42

Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılması ilə əlaqədar qəbul təşkil edilib

Fevralın 21-də Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılmasına həsr olunan qəbul təşkil edilib.

Turkustan.info xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Efiopiyanın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Ayaleu Gobezi Vorknyu ölkəsinin Bakıda fəxri konsulluğunun açılmasından məmnunluğunu bildirib.

Səfir bildirib ki, Efiopiya və Azərbaycan arasında qədim tarixi və mədəni əlaqələr var. Təbii sərvətlərlə zəngin olan Efiopiya Afrikada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdəndir. Fəxri konsulluğun açılması ölkələrimiz arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə deyib ki, Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Bizim əlaqələrimiz uzun zamandır mövcuddur. Hazırda biz əməkdaşlığın yeni səhifəsini açırıq. Azərbaycan və Efiopiya iqtisadiyyat, mədəniyyət sahələrində və digər sahələrdə əlaqələri genişləndirəcək.

Efiopiyanın ölkəmizdə təyin olunmuş fəxri konsulu Ceyhun Ələkbərov bildirib ki, bu gün Efiopiya və Azərbaycan arasında əlaqələr həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir. Bu münasibətlər getdikcə daha da dərinləşəcək. Hazırda ölkələrimiz qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurmaqdadır. Dövlət başçılarımızın siyasi iradəsi və birgə səylər nəticəsində əlaqələrimiz bundan sonra davamlı olaraq inkişaf edəcək.

Qəbulda rəsmi şəxslər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri