Ca. Noy 21st, 2019

İsrail və ABŞ müharibəyə hazırlaşır? – Martın 4-də BAŞLAYIR

İsrail və ABŞ martda hər iki ölkənin minlərlə hərbi qulluqçusunun iştirakı ilə hava hücumuna qarşı və raket əleyhinə müdafiə güclərinin birgə təlimlərini keçirəcək.
Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Hərbçilər vurğulayırlar ki, təlimlər plan xarakteri daşıyır və onlar hər hansı konkret geosiyasi hadisələrlə bağlı deyil. Təlimlərdə ABŞ-ın Avropadakı bazalarında xidmət edən 2,5 mindən yuxarı hərbi qulluqçu iştirak edəcək. İsrailin isə 2 mindən yuxarı hərbi qulluqçusunun təlimlərə qatılacağı deyilir.
Müttəfiqlər bütün əsas zenit-raket komplekslərini, o cümlədən “Patriot”, “Hes”, “Dəmir günbəz” və “Sehrli çubuq” kimi də məşhur olan “Praşa David” sistemlərini təlimlərə cəlb etməyə hazırlaşırlar.
“ABŞ güclərinin İsrailin hava hücumundan müdafiə qüvvələrinə yardım etməsi təlimlərin ssenarisinin əsasını təşkil edir. Təlimlər çərçivəsində müxtəlif hərbi əməliyyat meydanlarında müxtəlif raket təhdidlərinin simulyasiyalarını yerinə yetirəcəklər”, – hərbçilər bildiriblər.
Təlimlərin əsas hissəsi martın 4-dən 15-dək keçiriləcək, amma birgə tədbirlər ayın sonuna kimi davam edəcək.  /Publika.az/

Paylaş: