Ca. Noy 14th, 2019

Maşınla piyadanın üstündən keşən polis rəisinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

DİN-in mətbuat xidmətindən fktı təsdiqləyiblər.

BakuPost əlavə edir ki, R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılıb. Sonuncu dəfə onun 2017-ci ilin dekabr ayında qəza törətməsi haqda mediada xəbər yayılmışdı. Xəbərə görə, Rəhim Zalov idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib və piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Piyada ağır xəsarət alıb.

Paylaş: