Saakaşviliyə növbəti zərbə – 2021-ci ilədək Ukraynaya buraxılmayacaq

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2021-ci il fevralın 3-nə qədər ölkəyə girişinə qadağa qoyub.

Turkustan.info-nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə siyasətçinin vəkili Ruslan Çernolutskiy bildirib.

Onun sözlərinə görə, bu qərar qanunsuz olduğundan şikayət veriləcək.

Xatırladaq ki, M. Saakaşvili fevralın 12-də çarter reysi ilə Ukaynadan Polşaya göndərilmişdi. Daha sonra o, həyat yoldaşı Sandra Rulofs hollandiyalı olduğu üçün bu ölkəyə müvəqqəti viza alaraq Hollandiyaya gedib.    /Qafqazinfo/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al