Ça. Noy 12th, 2019

Sumqayıtda Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində Sumqayıt şəhər Mərkəzi Kitabxananın incəsənət şöbəsinin birgə layihəsi ilə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi. Tədbirdə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət bəstəkarin əsərlərinə çəkilmiş illüstrasiyaları, kitab və klavirləri sərgilənmişdir. Musiqi bölümündə isə Q.Qarayevin əsərləri geniş proqramla şagird və müəllimlərin ifasında səslənmişdir.
 Proqramda əsasən bəstəkarın fortepiano üçün yazılan bir neçə “prelüd” və “marşları”, “İldırımlı yollarla “ baletindən rəqs, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Kino filmlərə yazılan musiqiləri tamaşaçılar tərəfindən maraqla dinlənilmişdir. Xüsusilə də şagirdlərdən Əliyeva Lamiyə, Maqsudova Buta, Alməmmədli Rəvan, Mirzəyeva Nərmin və Rzayev Hüseynin, müəllimlərdən Tağıyev Ruslan və Mehdiyev Fəridin ifaları alqışlanmışdır.





Paylaş: