Türk ordusuna əmr verildi: Dərhal vurulsun!

Əsəd qüvvələrinin Afrinə girməsindən sonra Türkiyə ordusuna “vur” əmri verilib.

Turkustan.info xəbər verir ki, bu barədə “Xəbərtürk” informasiya yayıb.

Qəzetin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə göndərilən əmrdə “hərəkət edən istənilən hərbi hədəf dərhal vurulsun” yazılıb.

Bəşər Əsədə bağlı qüvvələrin PYD/YPG ilə razılığa gəlməsi və hökumətə bağlı yeni birliyin Afrinə çatması haqda yayılan xəbərlərdən sonra Türkiyə “Zeytun budağı” əməliyyatında sürəti artırıb. Hədəfdə Afrinin qısa müddət ərzində mühasirəyə alınması var.

Qeyd edək ki, Əsəd ordusu Afrinin mərkəzinə daxil olmağa çalışsa da, Türkiyə ordusunun xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi.   /Axar.az /

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al