Yalnız müharibə vəziyyətində… – Terrorçuların kabusu HƏRƏKƏTƏ KEÇİR – VİDEO

Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Müdafiə Nazirliyinin əmrinə verilib.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, birliklər Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində məskunlaşma ərazilərindəki əməliyyatlarda iştirak edəcək.

Daxili İşlər Nazirliyinə bağlı birliklər hərbi vəziyyət, səfərbərlik və müharibə vəziyyətlərində Nazirlər Kabinetinin qərarı ilə Müdafiə Nazirliyinin əmrinə verilə bilər. Şəhər döyüşləri üzrə təlim keçən və döyüş təcrübəsi olan bu birliklər daha çox terrordan təmizlənən bölgələrdə təhlükəsizliyi təmin edəcək.

Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri “Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Bab, Azez, Cerablus və Mare kimi şəhərlərdə daxili təhlükəsizlik əməliyyatlarında iştirak edib.  /Publika.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al