29 Oktyabr 2020 21:06

Azərbaycan genişmiqyaslı əməliyyatlara başlayacaq – Ermənistanda müharibə KABUSU

Son günlər Qarabağ cəbhəsində Ermənistan ordusunun verdiyi itkilərin sayı daha da artıb. Ümumiyyətlə 2018-ci il başlayandan fevralın 22-dək Ermənistan ordusunun 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb.

2016-cı ilin aprel ayının başlanğıcında Qarabağda Azərbaycanın keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından sonra isə Ermənistan ordusunda itkilərin artması tendensiyası daha da sürətləndi.

Bu zamana qədər Ermənistan və beynəlxalq ictimaiyyət düşünürdü ki, Azərbaycan genişmiqyaslı əməliyyatlar apara bilməz, lakin aprel müharibəsi bunun tam əksini göstərdi.

Düzdür, Azərbaycan hələ genişmiqyaslı müharibəyə başlamamışdı, lakin aprel döyüşlərindən sonra dünya ictimaiyyəti anladı ki, rəsmi Bakı istənilən vaxt işğalda olan torpaqlarını azad etmək üçün hərbi addımlar ata bilər.

Hazırda isə Azərbaycan cəbhədə üstünlüyü ələ alaraq Ermənistana psixoloji təzyiq də göstərir, Ermənistana qarşı yorucu müharibə taktikasını tətbiq edir.

Ermənistanın analitik 1in.am nəşri yazıb ki, Azərbaycan bununla gec-tez hərbi əməliyyatlara başlayacaq.

Belə bir məqamda isə gücsüz və miskin duruma düşən Ermənistan daxili auditoriyaya hesablanan bəyanatlar verir və üstəgəl,beynəlxalq təşkilatlardan yardım diləyir. Bununla paralel olaraq beynəlxalq ictimaiyyəti qeyri-adekvat reaksiya verməkdə ittiham edir.

Ermənistan mətbuatı yazıb ki, Yerevanın bu siyasəti heç nəyi dəyişməyəcək, çünki çoxqütblü dünyada beynəlxalq normalar reaksiya vermək üçün meyar deyil. Bildirilib ki, hazırda dünya güclərinin prioriteti konkret geosiyasi maraqlar kontekstindədir.

Bu mənada Azərbaycanın beynəlxalq və regional layihələrdə ağırlıq mərkəzi təşkil etməsinə görədir ki, böyük oyunçular da rəsmi Bakı ilə əməkdaşlığı ön plana çıxarırlar. Elə bunun nəticəsidir ki, Ermənistan bütün beynəlxalq və regional layihələrdən təcrid olunub.

Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən pay ala bilməyən Ermənistanın son şansını da əlindən verməsi ölkənin siyasi-iqtisadi mərkəzləri tərəfindən də hiddətlə qarşılandı.

Ermənistanın xarici və müdafiə siyasəti qlobal planda iflasa uğrayıb, buna görədir ki,  onlar daim müharibə xofu içərisində yaşayırlar.  /modern.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri